Monako-2022: Yarış

Mövsümün əvvəlindən Monte Karlo küçələrinin yeni nəsil maşınlar üçün çox çətin olacağı danışılırdı. Yerə daha yaxınlıq, daha geniş altlıq və daha sərt asılqanlarla burada sürücülər trasın kələ-kötürlüyündən irəli gələn bütün zərbələri bədənlərində hiss ediblər.

F-1.az xatırladır ki, cümə günü hər iki məşqdə Şarl Lekler protokollara başçılıq etsə də, dünənki sərbəst yürüşlərin ən sürətlisi Serxio Peres olub. Qəza ilə başa çatan sıralanma turunda isə Şarl Lekler hamıdan xeyli fərqlənib və poulun sahibi olaraq qələbə üçün böyük addım atıb.

Karlos Sayns son dəqiqələrdə qəza edən Serxio Pereslə toqquşub, lakin Ferrari-yə ilk cərgəni təmin edib. Maks Ferstappen ilk məşqlərdən olduğu kimi, yenə komanda yoldaşından geri qalıb və dördüncü yerdən start almağa haqq qazanıb.

Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkibləri gətirib. Yarışın başlamasına 10 dəqiqə qalmış yağış başlayıb, slikləri yağış təkərləri ilə əvəzləməyə vaxt lazım olduğundan, start gecikdirilib. 16 dəqiqəlik gecikmədən sonra sürücülər Təhlükəsizlik Maşınının arxasında isinmə dövrəsinə yollanıblar. TM arxasında keçən 2 dövrədən sonra qırmızı bayraqlar dalğalanıb, sürücülər pit yoluna gələrək maşınları tərk ediblər.

Yağış yarım saat sonra səngiyib, təyin olunan vaxtdan yalnız 1 saat 5 dəqiqə sonra TM arxasında hamı trasa çıxıb və mübarizə başlayıb. Latifi maneəyə çırpılsa da, hərəkətini davam etdirib. Stroll da təkərini deşib, hər iki sürücü pit-stop etməli olub və pit yolunda toqquşmaqdan son anda yayına biliblər. TM üçüncü dövrədə trası tərk edib. Qasli və Latifinin maşınına keçid təkərlərini taxılıb. 4-cü dövrədə ilk onluq: Lekler – Sayns – Peres – Ferstappen – Norris – Rassell – Alonso – Həmilton – Fettel – Okon.

Şumaxer, Fettel və Tsunoda da yaşıl təkərlərə keçiblər. Lətifi 10-cu dövrədə ilk döngədəki təhlükəsizlik cibinə girib, bir dövrə sonra da komanda yoldaşı Elbon eyni şeyi təkrarlayıb, hər iki halda maşınlara zərər dəyməyib.Qasli 3 dövrə ərzində əvvəlcə Çjounu, daha sonra isə Rikkardonu geridə qoyub. Həmilton 16-cı, Peres 17-ci, Lekler, Ferstappen və Norris 18-ci dövrədə yaşıl təkər üçün pit yoluna üz tutub. Sliklərə keçid edən ilk sürücü isə Şumaxere olub.

Həmiltonun Okona hücumu zamanı insident yaşanıb və daha sonra Esteban 5 saniyəlik cəza alıb. Albon, Rikkardo, Çjou, Latifi, Bottas və Maqnussen də sliklərə keçiblər. Komanda Saynsın ardınca qoşa pit-stop üçün Lekleri çağırsa da, sonradan fikrindən daşınıb. Lakin gec olub, çünki Şarl artıq pit yoluna dönüb.

21-ci dövrədə Sayns və Lekler, 22-ci dövrədə Ferstappen, Peres, Rassell, Norris, Alonso və Okon, 23-cü dövrədə Həmilton və Qasli, 24-cü dövrədə isə Fettel quru təkərlərinə keçib. Bu baş verənlərdən sonra Peres liderliyə yüksələrkən, Lekler dördüncü yerə yuvarlanıb. Maqnussen mübarizəni dayandırıb. 25-ci dövrədə ilk onluq: Peres – Sayns – Ferstappen – Lekler – Rassell – Norris – Alonso – Həmilton – Okon – Stroll.

Şumaxer 27-ci dövrədə ağır qəza edib. Alman sürücü 14-cü döngədə, sonra isə 15-ci döngədə maneələrə çılpılıb və nəticədə maşın 2 yerə ayrılıb. Mik kokpiti özü tərk edə bilib və müayinə üçün tibbi mərkəzə aparılıb. Əvvəlcə TM trasa çıxsa da, 30-cü dövrədə maneəni bərpa etmə üçün növbəti dəfə qırmızı bayraqlarla fasilə verilib. Hamı pit yoluna qayıdıb.

Təkərlər dəyişilib – Red Bull, Mercedes, Alpine, Williams pilotları, Tsunoda və Çjou orta, qalan sürücülər isə sərt təkərləri seçiblər. 20 dəqiqəlik fasilədən sonra TM arxasında trasa qayıdıblar. 32-ci dövrədə restart elan edilib, Peres səhvə yol verərək təkəri yandırsa da, yerini qoruyub. Yerdəyişmə olmayıb, DRS 39-cu dövrədə aktiv edilib.

Alonso çox yavaş templə yarışa davam edib, öndəki sürücülərə hər dövrə demək olar ki, 2 saniyə uduzub, lakin arxasındakı Həmiltonu da irəli buraxmayıb. Daha sonra isə tempi artıraraq sürətli dövrə vurub. Elbon 51-ci dövrədə boksa gələrək mübarizəni dayandırıb. Yaranan fərqdən istifadə edən Norris 52-ci dövrədə sürətli dövrə üçün pit-stop edib.

Tsunoda 56-cı dövrədə ilk döngədəki təhlükəsizlik cibinə girib, ən geriyə düşüb və pit-stop edib. Son dövrələrdə ilk dördlük arasında məsafə xeyli az olub, lakin tras ötmələrə qəti imkan verməyib. Finiş 2 saatlıq limit başa çatan anda elan edilib – sürücülər 77 dövrənin yalnız 65-ni vura biliblər.

Serxio Peres mövsümdə ilk, karyerasında isə üçüncü qələbəsini əldə edib. Karlos Sayns ikinci olub. Maks Ferstappen isə podiumun son pilləsinə çıxaraq çempionatdakı xal fərqini bir qədər də artırıb. Şarl Lekler dördüncü olub və öz doğma trasında ilk dəfə finişə çata bilib.

Mübarizə 2 həftə sonra davam edəcək. Bu dəfə növbə möhtəməşəm, sürətli, ötmələrlə zəngin və olduqca maraqlı Bakı trasındadır!

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 11 Serxio Peres Red Bull 1:56:30.265 109.987 3
2 55 Karlos Sayns Ferrari + 0:01.154 109.969 2
3 1 Maks Ferstappen Red Bull + 0:01.491 109.964 3
4 16 Şarl Lekler Ferrari + 0:02.922 109.941 3
5 63 Corc Rassell Mercedes + 0:11.968 109.799 2
6 4 Lando Norris McLaren + 0:12.231 109.795 4
7 14 Fernando Alonso Alpine + 0:46.358 109.263 2
8 44 Lyuis Həmilton Mercedes + 0:50.388 109.200 3
8 77 Valtteri Bottas Alfa Romeo + 0:52.525 109.167 2
10 5 Sebastyan Fettel Aston Martin + 0:53.536 109.151 3
11 10 Pyer Qasli AlphaTauri + 0:54.289 109.140 2
12 31 Esteban Okon * Alpine + 0:55.644 109.119 2
13 3 Daniel Rikkardo McLaren + 0:57.635 109.088 2
14 18 Ləns Stroll Aston Martin + 1:00.802 109.039 4
15 6 Nikolas Latifi Williams +1 dövrə 108.114 4
16 24 Quanyu Çjou Alfa Romeo +1 dövrə 108.106 2
17 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 107.764 4

 

*  – Esteban Okon Həmiltonla insidentə səbəb olduğu üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Lando Norris (McLaren) – 1:14.693 (56-cı dövrə, 160.834 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Aleksander Elbon Williams 49 mexaniki problem
Mik Şumaxer Haas 25 qəza
Kevin Maqnussen Haas 24 ERS soyutma sistemi

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 125
2 16 Şarl Lekler Scuderia Ferrari 116
3 11 Serxio Peres Red Bull Racing 110
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 84
5 55 Karlos Sayns Scuderia Ferrari 83
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 50
7 4 Lando Norris McLaren Racing 48
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 40
9 31 Esteban Okon Alpine F1 Team 30
10 22 Kevin Maqnussen Haas F1 Team 15
11 3 Daniel Rikkardo McLaren Racing 11
12 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
13 14 Fernando Alonso Alpine F1 Team 10
14 10 Pyer Qasli Scuderia AlphaTauri 6
15 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 5
16 31 Aleksander Elbon Williams Racing 3
17 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 2
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 235
2 Scuderia Ferrari Ferrari 199
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 134
4 McLaren F1 Team Mercedes 59
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 41
6 Alpine F1 Team Renault 40
7 Scuderia AlphaTauri Red Bull 17
8 Haas F1 Team Ferrari 15
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 7
10  Williams Racing Mercedes 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*