Art-arda ikinci mərhələdə belə bir qanad ciddi narahatlıqlar yaradıb: Avstriyada Maks Ferstappen təsnifatın finalında qanad düzgün bağlanmadığı üçün maşını sıradan çıxarmışdı, eyni hal dünən Silverstounda da təkrarlanıb – həmin anda o, dördüncü yerdə olub. Lakin həm sürücü, həm də komanda bildiriblər ki, nasazlıqların səbəbləri müxtəlif olub.
“Bu, çox təhlükəli idi, çünki asanlıqla xəsarət almaq olardı, üstəlik iki dəfə ardıcıl, – deyə Maks əsəbini cilvlaya bilməyib. – Mən həm Avstriyada, həm də burada şanslı idim, amma bu artıq bezdirir”.
Biz Loran Mekisin dördqat dünya çempionundan yenidən üzr istəməsi barədə yazmışdıq və dünənki yarışın finişindən sonra mətbuata danışarkən Red Bull Racing-in rəhbəri bildirib:
“O, narazılığını bildirməkdə tam haqlıdır, başa düşürsünüz? Sürücülər maşın onları qoyub getdiyi zaman çox narazı qalırlar, üstəlik bu artıq iki yarışdır ardıcıl olaraq sürətli döngələrdə baş verir, hətta problemlərin səbəbləri müxtəlif olsa belə.
Bütün komanda üçün də son dərəcə xoşagəlməzdir ki, bizim səbəbimizdən sürücülər çınqıl tələsinə düşürlər. Mən əminəm ki, problemi təkrarlanmaması üçün bütün zəruri tədbirləri görəcəyik, baxmayaraq ki, bu dəfə onu qarşısını almaq mümkün olmadı. Biz baş verənləri ciddi qəbul edirik…”
Mekis belə təhlükəli hadisələrə səbəb olan amilləri ətraflı izah etməkdən imtina etdi, lakin təsdiqlədi ki, Silverstounda qanad yenidən düzgün işləməyib: “Nasazlığın xarakteri fərqli olub-olmaması o qədər də vacib deyil – biz maşının bu hissəsinin konstruktsiyasını tamamilə yenidən gözdən keçirəcəyik ki, oxşar problemlərin təkrarlanma ehtimalı tamamilə aradan qaldırılsın”.
Birbaşa sual verildikdə – komanda arxa qanadın daha tanış konstruktsiyasına qayıda bilərmi? – o belə cavab verib: “Təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyik. Belə qanadla Mayamidən başlayaraq bir neçə yarış keçirmişik. Hələ ki, problemin konstruktsiyadan qaynaqlandığını, yoxsa başqa səbəbdən olduğunu demək tezdir. Amma biz hər şeyi detallı təhlil edəcəyik ki, heç bir şübhə qalmasın və gələcəkdə atılacaq addımlardan heç bir variant istisna edilməsin”.
Ferrari fırlanan arxa qanadı uğurla tətbiq edən ilk komanda olub, halbuki McLaren öz “Macarena üslubunda” versiyasını işləyib hazırlasa da, onu hələlik yalnız məşqlərdə sınayır və yarışlarda istifadə etmir.





