K.Horner: “Maksla Daniel arasındakı problemləri həll edə bilərik”

Red Bull komandasının rəhbəri Kristian Horner əmindir ki, Rikkardo və Ferstappen arasında yaranacaq problemləri həll edə bilərlər.

F-1.az xatırladır ki, Red Bull bu il çempionluq uğrunda mübarizə aparmağı hədəfləyir və buna görə də Rikkardo ilə Ferstappenin münasibətlərinin necə olacağı hamıya maraqlıdır.

Ferstappen son verdiyi açıqlamada bildirmişdi ki, Rikkardo ilə mübarizə aparacağı halda, avstraliyalı sürücü ilə araları dəyə bilər.

Amma Horner əmindir ki, onlar Ferstappenlə Rikkardo arasındakı mübarizəni və münasibəti nəzarətdə saxlaya biləcəklər: “Problemlərdən qaçmaq olmaz. Amma düşünürəm ki, bununla mübarizə apara bilərik. Malayziya buna bir misaldır. Bundan başqa ümid edirəm ki, sürücülərimiz mübarizə vaxtı bir-birinə qarşı dürüst davranarlar.

2016-cı ilin Malayziya yarışında baş verənlərlə 2013-cü ilin Malayziya yarışında baş verənlər arasında yerlə-göy qədər fərq var.

Məncə, Formula1-in ən qəribə cütlüyünə sahibik. Daniel və Maks bir-birinə hörmət edirlər. Daniel Maksla böyük qardaş kimi davranır. Amma trasda bir-birinə qarşı mübarizə aparmaq istəyirlər. Yeganə problemləri isə yaxşı bolidlərinin olmamasıdır. Ümid edirəm ki, gələn il qələbə uğrunda mübarizə apararlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*