M.Ferstappen: Maşınımız sürətlidir

Niderlandlı sürücü Red Bull-un ev yarışında poulun sahibi olub - bu, artıq ardıcıl dördüncü təsnifat qələbəsidir.

F-1.az xəbər verir ki, maşın və nəticədən razı qalan Maks trasın hüdudlarına əməl etməyin nə qədər çətin olduğunu qeyd edib.

Maks Ferstappen: “Bütün bu məqamlar trasın hüdudları ilə bağlı olduğuna görə təsnifat çox çətin oldu. Biz onları qəsdən pozmuruq, amma belə yüksək sürətlərdə və sürətli dönüşlərdə ağ xətti keçməmək üçün hər şeyi dəqiq hesablamaq çox çətindir.

Düşünürəm ki, bu gün bir çox insan özü də bilmədən trasdan kənara çıxdı, o cümlədən mən. Ümumiyyətlə, bu gün təsnifatı birtəhər sona çatdırmaq vacib idi, çünki hətta final sessiyasında da ehtiyatlı olmaq lazım idi və bu, həzzə bir az da təsir etdi.

Bununla belə, çox yaxşı dövrə vura bildim, buna görə də poul qazandığım üçün çox xoşbəxtəm. Baxmayaraq ki, Avstriya trasında həmişə çətinlik çəkirik, çünki maşınlar böyük və ağırdır, sürətlər də çox yüksəkdir, ona görə də bu dar asfaltla kənara çıxmadan getmək çox çətindir.

Biz başa düşürük ki, sprint həftəsonu adi formatdan çox fərqlidir və sabah çox bənzərsiz ola bilər, amma ən azından sürətli avtomobilimiz var və bu, ən vacib şeydir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*