F.Massa: “Lekler Ferstappendən tez çempion olacaq”

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Şarl Lekler rəqibi Maks Ferstappendən tez çempion ola bilər.

F-1.az xatırladır ki, monakolu sürücü Formula1 karyerasına keçən il başlasa da, bu il Ferrari-yə keçib. Gənc pilot 7 poul və 2-i qələbə olmaqla 9 podium əldə edib.

Felipe Massa: “O, çox istedadlıdır, amma düşüncə tərzi mənə təsir edir. Təzyiqə qarşı yaxşı mübarizə aparır. Ferstappendən güclüdürmü yoxsa zəifdirmi bilmirəm, amma Ferrari ilə ilk mövsümündə 7 poul qazanıb. Bəzi səhvləri oldu, amma təcrübəsinin az olduğunu unutmamaq lazımdır. O, gələcəyin çempionudur və uğur qazanmaqçün çox gözləməyəcək. Bu hədəfə Ferstappendən tez çata bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*