İmola trası cərimələnib

Keçən ilin oktyabr ayında Maks Ferstappen İmola trasında çəkiliş günündə iştirak edib. Bunun üçün Sebastyan Fettelə 2013-cü ildə son titulunu qazandıran Red Bull RB-9dan istifadə olunub.

F-1.az xəbər verir ki, bu maşına quraşdırılan 2.4 litrlik atmosfer motorun səsi çox yuxarı olduğundan tras ətrafındakı səs sensorları işə düşüb. Yerli siyasətçi Elena Penatsi hadisəni Corriere dello Sport qəzetinə şərh edib: “Keçən trek Red Bull-un tədbirində trasda həddindən artıq səs-küy yaranmışdı. Başqa vaxt tras bir çox idman tədbirlərinə ev sahibliyi etsə də, hər şey məqbul həddə olub. Oktyabrın 12-də Red Bull Racing komandası köhnə Formula1 avtomobilindən istifadə edərək səs-küy limitinin aşılmasına səbəb olub. Amma bu, cəmi bir neçə dövrə davam edib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*