V.Bottas sevinir

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas İmolada 5-ci yeri tutduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, təcrübəli sürücü İmolada əla performans göstərib.

Valtteri Bottas: “Yarışdan həzz aldım. Pitə girib quru təkərlərə keçdikdən sonra sıralanma tempində sürürdüm. Xüsusən də yarışın sonlarına yaxın tempimiz yaxşı idi. Corca yaxınlaşanda sağ arxa təkərdə yeyilmə var idi və asfaltla ilişməyə ehtiyac duyurdum. Buna görə də onu keçə bilmədim. Növbəti dəfə cəhd edərəm.

Pit-stopda 10 saniyə itirdim. Əgər onu itirməsəm, hər şey fərqli olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*