D.Kulthard Bottasa inanmır

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Valtteri Bottas çox istedadlı olsa da, Lyuis Həmiltonun səviyyəsində deyil.

F-1.az xatırladır ki, Valtteri Bottas Formula1-də 2013-cü ildə debüt edib və həmin il komanda yoldaşı Maldonadonu, 2014-2016-cı illərdə isə digər komanda yoldaşı Felipe Massanı xal hesabında üstələyib. Finlandiyalı yeni mövsümdə Mercedes komandasında Həmiltonun komanda yoldaşı olacaq.

26 yaşlı sürücü Barselonadakı mövsümöncəsi testlərdə Həmiltonun tempinə cavab verməkdə çətinlik çəkib və Bottasın yeni mövsümdəki performansı hamıya maraqlıdır.

Devid Kulthard: “Sözün açığı, Bottas haqqında çox şey bilmirik. Bilirəm ki, istedadlıdır və fin olduğu üçün suallara maraqlı cavablar verir. Lyuislə aralarında bir az anlaşılmazlıq olsa, bizim üçün gözəl olar. Lyuis bilir ki, sürətlidir və buna görə də narahat deyil.

Bottas Williams komandasında bütün komanda yoldaşlarını qabaqlayıb, amma bu, o demək deyil ki, Həmilton səviyyəsindədir. Lakin bəlkə də gözləmədiyimiz halda qələbələri sıralayar. Bütün bunları yeni mövsümdə görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*