S.Fettel Bottasdan üzr istəyib

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Sebastyan Fettel yarışdan sonra ondan üzr istəyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın birinci döngəsində təkərini bloka salaraq, Bottasa arxadan çırpılıb və rəqibinin təkərini partladıb. Bu insidentdə Fettelin də ön qanadı qırılıb və dördqat Dünya Çempionu 5 saniyə cəza alıb.

Valtteri Bottas: “Əylənmə zonasına Fettellə yan-yana gəldik. Yerimi qorusam da, bilirdim ki, ikinci döngədə daxili trayektoriyada olacam. Sebastyana nisbətən əyləcə gec basdım və ona yer saxladım. Daxili trayektoriyada idi, amma mənə çırpıldı. Təkərim partladı. Bundan başqa altlığım zədələndi və yarışım məhv oldu. Beş saniyə cəza aldı. Bilmirəm. Buna görə çox vaxt itirdim. Ən azından ona cəza verdilər və günahın kimdə olduğunu bilirik. Yarışdan sonra məndən üzr istədi. Bilmədim nə deyim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*