S.Fettel ehtiyat sürücülüyü düşünmür

Formula1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettel bildirib ki, Formula1-ə ehtiyat sürücü kimi qayıtmağı düşünmür.

F-1.az xatırladır ki, mövsümün əvvəlində Ləns Stroll zədələnmiş və ilk yarışda yarışmama ehtimalı yaranmışdı. Bəzi iddialara görə Aston Martin-in onun yerinə Fetteli gətirmək istədiyi deyilmişdi.

Sebastyan Fettel: “O vaxtlar evdə deyildim. Əvvəlcə nə olduğunu anlamadım. Hadisələri eşidəndə Lənsə mesaj atdım və keşmiş olsun dedim. Daha sonra Mayk Krakla danışdıq. Formula1-ə ehtiyat sürücü kimi qayıtmaq istəyim yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*