Britaniya-2022: Birinci sərbəst yürüşlər

Sessiyanın startdan bir qədər əvvəl yağış yağmağa başlayıb. Sürücülər keçid təkərlərlə məşqlərə başlayıblar. Trasın bir hissəsi nəm, bir hissəsi isə quru olub.

F-1.az bildirir ki, yağış tez dayanıb, tras quruyub, lakin bəzi yerlərdə gölməçələr qalıb. Hamı boksa qayıdaraq suyun tam qurumasını gözləyib. Komandalar bir çox yeniliklər gətirib ki, ilk sessiyadakı hava şəraiti bunları dəyərləndirməyə imkan verməyib.

Sona 7 dəqiqə qalmış asfalt quruyub və Həmilton sliklərə trasa çıxan ilk sürücü olub, sonra onu digər sürücülər izləyiblər. Lakin bir qədər sonra Ləns Stroll 9-cu döngədə çınqıllığa çıxdığı üçün qırmızı bayraqlar dayandırılıb və sessiyanın davam etdirilməməsinə qərar verilib.

Protokollara Valtteri Bottas başçılıq edib – 1:42.249. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Alfa Romeo 1:42.249 9
2 44 Lyuis Həmilton Mercedes 1:42.781 + 0:00.532 10
3 55 Karlos Sayns Ferrari 1:42.967 + 0:00.718 8
4 16 Şarl Lekler Ferrari 1:43.801 + 0:01.552 7
5 47 Mik Şumaxer Haas 1:43.895 + 0:01.646 3
6 24 Quanyu Çjou Alfa Romeo 1:46.171 + 0:03.922 4
7 20 Kevin Maqnussen Haas 1:48.161 + 0:05.912 3
8 18 Ləns Stroll Aston Martin 1:51.243 + 0:08.994 5
9 22 Yuki Tsunoda AlphaTauri 1:51.373 + 0:09.124 5
10 5 Sebastyan Fettel Aston Martin 1:59.168 + 0:16.919 5
11 63 Corc Rassell Mercedes 2
12 11 Serxio Peres Red Bull 3
13 31 Esteban Okon Alpine 2
14 14 Fernando Alonso Alpine 1
15 23 Aleksander Elbon Williams 1
16 3 Daniel Rikkardo McLaren 4
17 10 Pyer Qasli AlphaTauri 3
18 4 Lando Norris McLaren 4
19 6 Nikolas Latifi Williams 1
20 1 Maks Ferstappen Red Bull 3
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*