23 Oktyabr 2019, Çərşənbə - 22:08

M.Ferstappen rahatlaşıb

M.Ferstappen rahatlaşıb

Müəllif: Rauf Hacıyev, redaktor

15:12 - 12 Aprel, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen komandasının Çindəki performansından sonra rahatlaşıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Çində cümə sərbəst yürüşlərində üçüncü yeri tutub.

Maks Ferstappen: “Burada rəqiblərimizə yaxınıq və boliddən razı idim. Şikayətimiz yoxdur. Sadəcə sazlanmalarda kiçik dəyişikliklər etməliyik. Bəhreyndə səhv sazlanmalar etmişdik. Amma burada hər şey qaydasındadır. İndi rahatlamışıq. Bilirdik ki, problemi həll edəcəyimiz təqdirdə güclü olacağıq. Bu gün hamıya bunu göstərdik.

Yarış tempində hər şey yaxşı idi. Sadəcə təkərlər zəif idi və Soft təkərlərdə yeyilmə çoxdur. Belə olan halda bolidi sürmək həzz vermir. Sadəcə təkərlərə nəzarət etməyə çalışırıq. Vahid dövrədə isə Bəhreynə nisbətən güclüyük. Buna görə də xoşbəxtik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər
Paylaş

logo