R.Şumaxer: Ferstappen titulun əsas namizədidir

Sabiq Formula1 pilotu Sky Deutschland telekanalının efirində yeni mövsümdə yaxından izləyəcəyi üç komandanın adını çəkib.

F-1.az xəbər verir ki, Ralf həm də Ferstappenin titul qazanacağına daha çox inandığını bildirib.

Ralf Şumaxer: “İlk növbədə Mercedes-ə diqqət yetirmək lazımdır. Onlar ötən ilin sonunda maşının nöqsanlarını üzə çıxarıb, sınaqdan keçirmədən, büdcə limitini aşmadan sürəti lazımi həddə çatdırmağa nail olublar. Həm də onların çox güclü pilot cütlüyü var. Bununla belə, titul üçün əsas iddiaçılar Maks Ferstappen və Red Bull Racing olacaq. Bu komanda qalanlar üçün bir istiqamətdir.

Ferrari-yə gəlincə, onlardan hər an sürprizlər gözləmək olar – bəzən onlar çox güclü ola bilirlər. Bununla belə, deməliyəm ki, Ferrari-nin sürücüləri çoxlu səhvlərə yol verir, elə komandanın özü də. Ferrari-nin qüsurları var”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*