M.Ferstappen rekord qırıb

Zandfort trasında nümayiş xarakterli çıxış edən Maks Ferstappen trasın ən sürətli zaman nəticəsini göstərərək, rekord qırıb.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü Jumbo Race Days tədbirində Red Bull komandasının 2012-ci il bolidi RB8-lə trasa çıxıb. Hollandiyalı sürücü yerli publika tərəfindən böyük coşqu ilə qarşılanıb. Gənc sürücü də bunun əvəzində drift edərək, sürətli dövrələr vuraraq, fanatlarına unudulmaz gün yaşadıb.

Amma Maks Ferstappen təkcə bunlarla kifayətlənməyib. Formula1 tarixinin ən gənc qələbə qazanmış sürücüsü 4.307 km-lik trasda 1:19.511 zaman nəticəsi göstərərək, rekord qırıb. Bundan əvvəlki rekord isə 1:19.880 zaman nəticəsi göstərən Luka Badoyerə aid idi. İtaliyalı sürücü bu nailiyyətə Ferrari-nin 2001-ci il bolidi F2001 ilə çatmışdı.

Maks Ferstappen: “Burada olmaq və Red Bull RB8-i sürmək əla hissdir. V8 mühərriyinin səsi əla çıxır və bu sürüşü daha da xüsusiləşdirir.

Zandfort trası mükəmməldir. Məncə, Formula1 təqvimində olmalıdır. Amma bunun üçün büdcə və baza olmalıdır. Görüləcək işlər çoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*