T.Koronel: Alonso Ferstappen mübarizəsi maraqlı olar

Formula1 şərhçisi Tim Koronel gələcəkdə Maks Ferstappenlə əfsanəvi Fernando Alonsonun rəqabətini görmək istəyir.

F-1.az xatırladır ki, Maks Ferstappen Bəhreyndə rahat qələbə qazansa da, Fernando Alonso mükəmməl sürüşü ilə diqqətləri özündə cəmləyib və yarışı podiunda bitirib.

Tim Koronel: “Maksı ekranda görə bilmədik. Sadəcə son dövrələrdə gördük. Amma yarışın qalanı yaxşı idi. Orta qrupda fərqlər azalıb.

Alonso əla performas göstərdi. Axır ki, aldığı riskin bəhrəsini gördü. Bütün yarışı limitdə sürdü. Yenə də Maks ilə mübarizə aparsa, əla olardı. İkisinin də eyni xarakteri eynidir. Rəqiblərinə şans vermirlər və lazım olanda rəqiblə tras xaricinə çıxırlar. Azarkeşlər üçün bunu çox istəyərdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*