18 Dekabr 2018, Çərşənbə axşamı - 23:17

M.Ferstappen: “Yarış asan olmadı”

M.Ferstappen: “Yarış asan olmadı”

Müəllif: Rauf Hacıyev, redaktor

20:01 - 25 Noyabr, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen startda mühərriyi təhlükəsiz rejimə keçirdiyi üçün geriyə düşüb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 6-cı yerdən başlasa da, startda 10-cu yerə qədər geriləyib. Lakin daha sonra gözəl performans göstərən gənc sürücü 3-cü olaraq karyerasında ilk dəfə Əbu Dabidə podiuma yüksəlib.

Maks Ferstappen: “Yarış asan olmadı. Startda problem yaşadım. Əslində start yaxşı idi, ancaq mühərriyim təhlükəsiz rejimə keçdi və restartda da eynisi oldu. Asan deyildi. Amma yaxşı yüksəldik və öndəkilərə yaxınlaşa bildik. Tez pit-stopa getdim, HyperSoft təkərlərdə idim və belə etməli idik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 177
Teqlər
Paylaş

logo