P.de la Rosa: Maksla heç kim işləməz

Sabiq Formula1 sürücüsü Perro de la Rosa ikiqat Dünya Çempionu Maks Ferstappeni tənqid edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Peresi keçib. Lakin meksikalı sürücü Leklerlə ikincilik mübarizəsi verdiyi üçün Ferstappendən yerini istəyib. Komandası isə meksikalı sürücüyə söz verib ki, Maks son dövrədə yerini ona verəcək. Amma ikiqat Dünya Çempionu Alonsonu keçə bilmədiyi kimi centlmenlik razılığına da məhəl qoymayıb. Əvəzində radiodan komandasına “bir də məndən belə şey istəməyin” deyib. Peres isə radiodan Ferstappen üçün “əsl üzünü göstərdi” deyib.

Pedro de la Rosa: “Məncə, komandası ona səhv etdiyini başa salmalıdır. Bunu anlamalıdır, çünki Çeko kimi sadiq komanda yoldaşı istəyirsə, bu vacibdir. Ferstappen belə davrandıqca heç kim onunla işləmək istəməz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*