M.Ferstappen: Mühərrik problemi yaşadım

Red Bull komandasının sürücüsü Maks Ferstappen İtaliyada mühərriyə görə mübarizəni dayandırıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü restartdan sonra temp itirməyə başlayıb və mübarizəni dayandırmalı olub.

Maks Ferstappen: “Start bərbad oldu. Təkərlər sürüşürdü. Daha sonra isə DRS qatarına düşdük. Buna görə də ötmə etmək mümkünsüz idi. Daha yaxşı nəticə qazana bilərdik, amma start yarışımızı məhv etdi.

Restartdan sonra mühərriklə bağlı problem başladı. Hələ də nə olduğunu bilmirik. Amma maşını boksa gətirib mübarizəni dayandırmalı olduq.

Mucello tamamilə fərqli trasdır. Montsa yarışının bitməsinə sevindim,
çünki bütün həftəsonu bərbad idi. AlphaTauri-yə görə sevindim. Burada qələbə qazanmaları gözəl oldu. Keçən ilin Red Bull bolidi çox güclüdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*