M.Ferstappen: “Podium mümkünsüzdür”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, normal şərtlər altında podiuma çıxmaq mümkünsüzdür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Belçikadakı sıralanma turunda 5-ci yeri tutub.

Maks Ferstappen: “Problem yox idi. Keçən il olduğu kimi sessiyadan razıyam. Onda ikinci idim və daha xoşbəxt idim. Bu gün də demək olar ki, eyni performansı göstərdim. Əlimdən gələnin ən yaxşısını etdim. Hər üç sektorda da mükəmməl nəticə göstərdim. Həmişə eyni uğuru təkrarlamaq mümkünsüzdür. Mənim üçün mükəmməl gün idi. Ferrari və Mercedes-i keçmək çətin olacaq. Bunun üçün şansa ehtiyacımız var. Bəlkə də keçən il olduğu kimi startda bir hadisə olar. Proqnozlara əsasən yarış quru şəraitdə keçəcək. Görək nə olur. Tribunalar mükəmməl idi. Mənə yaxşı dəstək verdilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*