M.Ferstappen: “Podiuma layiq deyildik”

Red Bull komandasının sürücüsü Maks Ferstappen podiuma layiq olmadığını deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa beşinci başlasa da, Sebastyan Fettelin yerində fırlanması ilə 4-cü yerə yüksəlib. 21 yaşlı sürücü mühərrik problemi yaşayan Lekleri də keçib podiuma çıxmağa yaxın olsa da, təhlükəsizlik maşını buna imkan verməyib.

Maks Ferstappen: “Təhlükəsizlik maşını çıxmasaydı, Şarlı keçərdik. Amma məyus deyiləm. Çünki tempimizə baxanda podiuma layiq olmadığımızı görürəm. Bolidimiz çarpaz əsən küləkdə həssas idi və davamlı sürüşürdüm. Bu da işləri çətinləşdirirdi. Bolidin balansı pis idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*