M.Şumaxer gələcək hədəflərini açıqlayıb

Əfsanəvi Mixael Şumaxerin oğlu Mik bildirib ki, məqsədi Formula1-də yarışmaq olsa da, bunun üçün tələsmir.

F-1.az xatırladır ki, Mik Şumaxer hazırda Avropa F3 seriyasında çıxış edir. Bundan əvvəl Ferstappen və Stroll F3 seriyasından Formula1-ə keçid etmişdilər. Amma almaniyalı sürücü addımlarını daha diqqətli atmaq istəyir: “Formula3 mövsümü hələ yeni başlayıb və buna görə də indidən başqa seriyalarla beynimi məşğul etmək istəmirəm. Məqsədim əvvəlcə burada uğur qazanmaqdır. Addımlarımı sağlam formada atmaq istəyirəm. Belə olan halda, Formula1-də daha yaxşı çıxış edə bilərəm. F3-də bolidlər DTM qədər sürətlidir və sürmək həzz verir. Hər həftəsonu özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, hər şey istədiyim kimi olar və karyeram uğurlu alınar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*