22 Oktyabr 2019, Çərşənbə axşamı - 08:02

D.Rikkardo hələ də özünə gələ bilmir

D.Rikkardo hələ də özünə gələ bilmir

Müəllif: Rauf Hacıyev, redaktor

20:42 - 30 May, 2016

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, ardıcıl 2 yarışda qələbə qazana biləcəyi halda, komandasının səhvləri nəticəsində qələbələri əldən verməsi onu məyus edib.

F-1.az xatırladır ki, Red Bull komandası İspaniya yarışında Rikkardo üçün fərqli strategiya seçmişdi və Maks Ferstappen qələbə qazanmışdı. Monakoda isə Rikkardo poul qazanmasına və yarışda birinci yerdə getməsinə baxmayaraq, pit-stop zamanı təkərlərinin vaxtında hazır olmamasına görə vaxt itirmiş və buna görə də Həmiltonun gerisinə düşmüşdü.

Daniel Rikkardo: “Barselonada olanları ürəyimdə saxladım, amma ardıcıl ikinci dəfə belə olanda… Biz Mercedes kimi hər yarışı qazanmaq gücündə deyilik. Buna görə də iki yarışda birinci yerdə gedərkən, xüsusən də, Monakoda ikinci dəfə səhv edərək bu fürsəti əldən vermək məni məyus edir.

Bundan sonra nə edəcəyimi bilmirəm. Sözün açığı, nələrin baş verdiyini anlayıb, dərs çıxarmalıdırlar. Amma bu qələbə heç vaxt bizim olmayacaq. Bu reallıqdır.

Yarışın əvvəlində yağışlı havada əla performans göstərdim və hər şeyi nəzarətdə saxladım. Sözün açığı, bu işdə komandaya və strategiyaya güvənmək çox vacibdir. Ardıcıl 2 yarış, ardıcıl 2 yarış… Bir dənə bunu deyə bilirəm. Çox məyusam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 721
Teqlər , , , ,
Paylaş

logo