L.Norris: Ferstappen rekordları qırmağa davam edəcək

F-1.az bildirir ki, McLaren-in britaniyalı gənc sürücüsü son iki mövsümün çempionu Maks Ferstappen barədə fikirlərini paylaşıb.

Lando Norris: “Maks çox şey əldə etdi, bir çox rekordları qırdı. Bundan sonrakı karyerasında da bunu davam etdirəcək. Düşünürəm ki, tarixin ən yaxşı F1 pilotlarından biridir. Bəli, Maks bütün bunlara layiqdir”.

Xatırladaq ki, ən gənc qələbə qazanan sürücü olan gənc niderlandlı Meksikadakı zəfəri ilə bir mövsümdə ən çox qələbə (14) qazanmaq rekordunu yeniləyib. Buna qədər rekord 13 yarışla 2004-cü ildən bəri Mixael Şumaxerdə idi ki, Sebastyan Fettel də eyni nəticəni 2013-cü ildə göstərərək ona şərik olmuşdu.

Ferstappen həm də bir mövsümdə ən çox xal qazanmış sürücüdür. Bu mövsüm daha iki yarış var və ikiqat dünya çempionunun hər iki rekordu daha da inkişaf etdirə biləcəyi istisna edilmir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*