M.Ferstappen: “Sazlanma problemi yaşadıq”

Red Bull komandasının sürücüsü Maks Ferstappen sonuncu Bəhreyn yarışında sazlanma problemi yaşadıqlarını düşünür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümün ilk yarışı olan Avstraliyada podiuma yüksəlsə də, Bəhreyndə problemlərlə mübarizə aparmış və 4-cülüyə razı olmuşdu.

Maks Ferstappen: “Məncə, sazlanmalarda səhv etdik. Avstraliyada hər şey yaxşı idi. Düzdür, Valtteridən 20 saniyə geri qalırdım, amma orada problem bolidin limitləri idi.

Həmişə daha çox asfaltayatma qüvvəsi istəyərsiniz. Eyni zamanda bunu balanslaşdırmaq da vacibdir. Həftəsonu ərzində hər şeyi düzgün etdik.

Bəhreyn testlərində problemləri tapmaq üçün çoxlu dövrə vurduq. Çox şey öyrəndik və yaxşı oldu. Saatyarımlıq sessiyalar bir şey öyrənməyə yaramır. Bu testlər çox faydalı oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*