K.Horner: Binottoya çətin olub

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mattia Binottonun ayrılması çətin olub.

F-1.az xatırladır ki, çətin keçən mövsümdən sonra Mattia Binotto Ferrari-dəki komanda rəhbəri vəzifəsindən istefa verib.

Kristian Horner: “Haqqına danışmaq lazımdır. Mattia bu il yaxşı maşın və üclü motor düzəltmişdi. Komandada əsas problem əməliyyatlar şöbəsindədir. Mattia karyerasının və ömrünün böyük hissəsini Ferrari-yə həsr edib. Ferrari avtoidmanda İtaliyanın yığma komandası kimidir.

Mən Red Bull-a gələndən Ferrari-dəki altıncı rəhbər dəyişikliyidir. Orada işləmək böyük məsuliyyətdir”.

,