S.Peres trafikdən şikayətçidir

Red Bull komandasının sürücüsü Serxio Peres trafikdən və trasın şəraitindən gileylənib.

F-1.az xatırladır ki, meksikalı sürücü Albert Parkdakı birinci sərbəst yürü.lərdə trafikdən təsirlənib və yaxşı nəticələr göstərə bilməyib.

Serxio Peres: “İlk sessiya çox dəlisov keçdi. İkinci sessiyada da sürücülər elə bil GPS olmadan sürüdülər. Çox qarışıqlıq idi və nahardan sonra təmiz dövrə vura bilmədim.

Birinci və ikinci sektorlarda bizə kömək edən dəyişikliklər etmişik, amma bu barədə deyəcək sözümüz yoxdur. Sabah üçüncü sərbəst yürüşlərdə çox işlər görməliyik. Yarışa müəmmalarla gedirik və bu da işi maraqlı edəcək.

Sabah əsl gücümüzü biləcəyik. Bu gün trafikə görə temp tuta bilmədim. Xüsusən də, son sektorda yaxşı nəticə göstərə bilmədim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*