M.Ferstappen: Əvvəllər Melburnda bəxtimiz gətirməyib

Ardıcıl iki ikiqat qələbədən sonra Red Bull komandası Avstraliyada uğurlu çıxışını davam etdirmək niyyətindədir.

F-1.az xatırladır ki, komandanın cari sürücüləri heç vaxt Avstraliyada qalib gəlməyiblər.

Maks Ferstappen: “Mən Avstraliyaya yeni səyahəti səbirsizliklə gözləyirəm. Ora getməyi, Melburnda vaxt keçirməyi xoşlayıram, baxmayaraq ki, oradakı yarışlarda bəxtimiz gətirməyib.

Tras əladır, bir neçə yüksək sürətli döngələr var – maşını idarə etmək xoşdur. Ümid edirəm ki, yaxşı yarış keçirəcəyik. Amma bunun üçün problemsiz həftə sonu keçirmək lazımdır. Komandamız 2011-ci ildən bəri burada qələbə qazana bilmir, görək bu dəfə necə olacaq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*