İspaniya-2021: Üçüncü sərbəst yürüşlər

Son məşq sessiyasının ilk 10 dəqiqəsində trasa yalnız Ferando Alonso çıxıb. Hər kəs sazlanmaları dünəndən təyin edib və burada ən vacib sessiya olan sıralanma turuna hazırlaşmaq üçün qısa dövrələrə üz tutublar.

F-1.az bildirir ki, sürücülər bu dəfə də yalnız orta və yumşaq təkərlərdən istifadə ediblər. Hard təkərlərin asfaltla ilişməsi qənaətbəxş olmadığından, onlara müraciət edilməyib.

Rəykkönenin təkəri porebrikə yerləşdirilmiş televiziya kamerası ucbatından deşilib, lakin finlandiyalı sürücü həmin an pit yolunun girişinə yaxın olduğundan, çox vaxt itirməyib. Norris 10-cu döngədə trasdan çıxsa da, geri qayıda bilib.

Nəticələrin çox sıx olması bizə maraqlı sıralanma turu vəd edir. Hələlik isə, Maks Ferstappen daha yaxşı nəticə göstərib – 1:17.835

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:17.835 11
2 44 Lyuis Həmilton Mercedes AMG 1:18.070 + 0:00.235 14
3 16 Şarl Lekler Ferrari 1:18.308 + 0:00.473 17
4 55 Karlos Sayns Ferrari 1:18.410 + 0:00.575 18
5 77 Valtteri Bottas Mercedes AMG 1:18.423 + 0:00.588 15
6 4 Lando Norris McLaren 1:18.494 + 0:00.659 14
7 10 Pyer Qasli AlphaTauri 1:18.535 + 0:00.700 17
8 3 Daniel Rikkardo McLaren 1:18.582 + 0:00.747 21
9 7 Kimi Rəykkönen Alfa Romeo 1:18.597 + 0:00.762 18
10 11 Serxio Peres Red Bull 1:18.606 + 0:00.771 16
11 14 Fernando Alonso Alpine 1:18.662 + 0:00.827 18
12 22 Yuki Tsunoda AlphaTauri 1:18.673 + 0:00.838 21
13 31 Esteban Okon Alpine 1:18.700 + 0:00.865 15
14 18 Ləns Stroll Aston Martin 1:18.877 + 0:01.042 18
15 63 Corc Rassell Williams 1:19.005 + 0:01.170 17
16 99 Antonio Covinatsi Alfa Romeo 1:19.214 + 0:01.379 19
17 5 Sebastyan Fettel Aston Martin 1:19.363 + 0:01.528 18
18 6 Nikolas Latifi Williams 1:19.392 + 0:01.557 16
19 47 Mik Şumaxer Haas 1:19.999 + 0:02.164 17
20 9 Nikita Mazepin Haas 1:20.237 + 0:02.402 15
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*