K.Horner: Peres bir il də bizimlə yarışacaq

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Serxio Peres növbəti mövsümdə də “qırmızı öküzlər”in şərəfini qoruyacaq.

F-1.az xatırladır ki, Peresin builki performansı və Ferstappenlə arasındakı fərq söz-söhbətlərə səbəb olub. Maks Ferstappen Niderlandda ardıcıl 9-cu qələbəsini qazandığl halda Peres 4-cü oldu. Yarışdan sonra Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, meksikalı sürücünün müqaviləsi olsa da, o 2024-cü ildə komandada yarışmaya bilər.

Xüsusən də Daniel Rikkardo AlphaTauri komandasına qayıtdıqdan sonra Red Bull komandasında Peresin yerinə ən real namizədlərdən biri kimi görünür.

Lakin Red Bull komandasının rəhbəri Kristian Horner iş yoldaşı Markonun sözlərini təkzib edib və bildirib ki, Serxio Peres növbəti mövsümdə də onların heyətində yarışmağa davam edəcək: “Çekonun gələnilki vəziyyəti dəqiqdir. O, Red Bull komandasının sürücüsüdür və onunla müqaviləmiz var. Müqavilədən asılı olmayaraq, onun gördüyü işdən razıyıq. Əlbəttə, pit yolunda sürət limitini aşması onun üçün bəxtsizlik idi.

Dünya Çempionatında 2-ci yerdədir və bu il Maksdan başqa yarış qazanan tək sürücü odur. Boksun bu biri tərəfində meyar yüksək olduğu üçün onu tənqid etmək asandır, amma gələn il o, bizim sürücümüz olacaq”.

Qeyd edək ki, Serxio Peres Niderland yarışında pit yolunda sürət həddini keçdiyi üçün 5 saniyə cəza almış və 3-cü yerdən 4-cü yerə geriləmişdi.

Kristian Horner: “Maks hazırda karyerasının ən yaxşı dövrünü yaşayır və peletonda onun etdiklərini təkrarlayacaq başqa sürücü tanımıram. Onun komanda yoldaşı olmaq böyük ehtimalla ən çətin şeylərdən biridir, çünki meyar yüksəkdir.

Zaman ekranında nəticələrə davamlı olaraq baxmaq lazımdır. Əgər Maks orada olmasaydı, Çeko dörd ya da beş yarış qazanardı. Yəni nə lazımdırsa, edit. Dünya Çempionatında ikinci yerdədir və Niderlandda göstərdiyi performansı gördünüz. Limiti aşdığı üçün cəza alması bəxtsizlik idi. Ümid edirəm ki, mövsüm bitmədən yenidən qələbə qazanar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*