S.Peres Racing Point-dən ayrılmaq niyyətində deyil

F-1.az bildirir ki, Sebastyan Fettelin gələn il Racing Point-ə keçəcəyi barədə xəbərlərin yayılmasına baxmayaraq, meksikalı sürücü komandada qalacağına şübhə etmir.

Serxio Peres: “Fettellə bağlı şayiələrin yox olması üçün bir qədər vaxt lazımdır. Bu komandada olmaqdan məmnunam, bu layihəyə inanıram və belə bir dəyişiklik üçün heç bir səbəb görmürəm. Həm komanda, həm də mən bu mövsümdən zövq alırıq – hər şey yaxşı gedir. Heç bir dəyişiklik gözləmirəm.

Başqa komandalarla danışıqlar aparıram? Xeyr. Racing Point-in mənimlə işləməyə davam etmək niyyətində olduğunu görürəm, buna görə də inamım var və belə bir şey ehtiyac duymuram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*