T.Volff Alonsonun fikri ilə razıdır

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, an yaxşı sürücü seçimində Fernando Alonso ilə həmfikirdir.

F-1.az xatırladır ki, Fernando Alonso bir neçə gün əvvəl peletonda ən güclü sürücünün Daniel Rikkardo olduğunu demişdi.

Jurnalistlər Toto Volffdan ən güclü 3 sürücünün kim olduğunu soruşublar: “İlk iki yeri Rosberqlə Həmiltona verərdim. Bunun üçün düşünməyə dəyməz. Digər sürücüyə gəldikdə isə Meksika yarışından əvvəl mən Fetteli seçərdim. Amma artıq Rikkardo deyirəm. Bu dəyərləndirməni sürücülərin şəxsiyyəti və performansına görə edirəm. Rikkardo mövsümün əvvəlindən etibarən mükəmməl performans göstərdi və sürücülər çempionatında üçüncü yeri təmin etdi.

Amma Fettelin Meksikadakı davranışları məni məyus etmədi, çünki o, Mercedes sürücüsü deyil və mən ona görə məsuliyyət daşımıram”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*