R.Braun: “Həmilton və Şumaxeri müqayisə etmək düz deyil”

Lyuis Həmilton geridə qoyduğumuz mövsümdə Alen Prostu da keçərək ən çox qələbə qazanan sürücülər siyahısında ikinci yerə yüksəlib. Birinci yerdəki Mixael Şumaxerə çatmaq üçün hələ çox var...

F-1.az xəbər verir ki, hər iki sürücü ilə işləyən Ross Braun onların müqayisə olunmasını düzgün hesab etmir.

Ross Braun: “Mixael Ferrari-də hər şeyi başdan qurmağa məcbur idi və bu işin öhdəsindən çox yaxşı gəldi. Lyuis isə istedadı olmadığına görə yox, belə şeyə ehtiyac yaranmadığı üçün bu halla üzləşməyib. Əlbəttə, Mercedes AMG-nin güclü olmasında Lyuisin də əməyi var. Lakin o, Mixaelin qarşılaşdıqları ilə qarşılaşmayıb. Fettelin də ona oxşamaq istədiyi və eyni addımları atmağa çalışdığı açıqca görünür.

Mixael yarış maşınlarını sürməyi sevirdi. Hər fürsətdə özünə verilən yarış maşınlarını sürmək üçün ürəyi gedirdi. O, özünü motivasiya edə bilən insan idi. Yarışdığı dövrdə sürücülərin hazırlıq standartlarını da yüksəltmişdi. O, təkcə özünə yox, bütün komandaya motivasiya verə bilirdi və əla komanda yoldaşı idi. Bütün bu xüsusiyyətlər ona yeddi çempionluq qazandırıb”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*