L.Həmilton qələbəyə inanır

Lyuis Həmilton ötürmələr qutusu dəyişdirildiyi üçün startda 5 yer itirmək cəzası alıb, amma britaniyalı sürücü təmkinli danışmaqdansa, iddialı açıqlamalar verib.

F-1.az xatırladır ki, Həmilton ilk iki yarışda poul qazansa da, hər iki startda komanda yoldaşı Rosberqə uduzmuşdu. Çin yarışından əvvəl isə britaniyalının maşınında ötürmələr qutusu dəyişdirildi və yarışın startında 5 yer itirəcək. Həmilton bildirib ki, 2016-cı il mövsümünü Rosberqlə mübarizə apardığı 2014-cü ilə oxşatmır…

Lyuis Həmilton: “Bu il mənə elə 2016-cı il kimi gəlir. Görürəm ki, 2014-cü ildən fərqli vəziyyətdəyik. Həmin il ikinci yarışdan etibarən geridə qalırdım, elə deyilmi?

Hazırda elə deyiləm. Buna görə də 2016-cı il fərqlidir, amma çətin olacaq və bu mənim xoşuma gəlir.

Çərşənbə günü səhər cəza aldığınızı öyrənəndə, həftəsonu planlarınız dəyişir.

Yüksəlmək üçün yaxşı şansım var. Bu, məni həyəcanlandırır. Əlimdən gələni edəcəm ki, ən yaxşı yerdən start alım.

Mən yarışmağı sevirəm və bu həftəsonu yarışacam. Bu, öndə olub, daha az mübarizə verməkdən fərqlənəcək”.

Həmilton qeyd edib ki, bu yarış Rosberq üçün asan keçəcək: “Böyük ehtimalla, Niko üçün çox asan həftəsonu olacaq. Amma bu o demək deyil ki, mən Rosberqə asanlıqla təslim olacam. Sona qədər mübarizə aparacam. Cəza almağım mənim yarışı qazanmağıma maneçilik törətmir. Mən zərəri azaltmaqdansa, qələbə uğrunda mübarizə aparacam”.

Britaniyalı sürücü bildirib ki, ötürmələr qutusundakı problemin səbəbi Bottasla olan insident deyil və əlavə edib ki, etibarlılığa görə narahat deyil: “Artıq hər şeyə görə narahat olmuram. Ancaq mühəndislər problemin üstündə işləyirlər. Onların ağıllarında ancaq işləməkdir. Mən bilirəm ki, onlar bu problemi həll edəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*