25 Avqust 2019, Bazar - 11:44

Mercedes AMG-nin Bottası seçməsinin səkkiz səbəbi

Mercedes AMG-nin Bottası seçməsinin səkkiz səbəbi

Müəllif: Elçin Zodorov, redaktor

14:21 - 17 Yanvar, 2017

Mercedes AMG yanvarın 16-da Valtteri Bottasın komandaya keçidini təsdiqləyib. Niko Rosberqin karyerasını bitirdiyini açıqladığı ilk gündən onun yerinə keçməyə əsas namizəd məhz Valtteri göstərilirdi. Bəs komanda niyə məhz ona üstünlük verib?

F-1.az Valtterinin seçilməsinin səkkiz əsas səbəbini təqdim edir.

1. Rosberq karyerasını bitirdiyini açıqladığı zaman sürücülərin əksəriyyətinin komandaları ilə müqavilələri var idi. Belə olan halda Mercedes AMG və Williams komandaları hüquq pozuntularına və böyük məbləğdə dəbbə puluna zərurət olmadan razılaşıblar.

2. Toto Volff finlandiyalı sürücünün meneceri idi və onun potensialını, çətin anlarda təzyiqə tab gətirdiyini əla bilir və ona inanır. Komanda bu mövsümün əvvəlindən hər iki maşın ilə xallar qazanmalıdır və Valtterinin adaptasiya qabiliyyəti vacib rol oynayacaq.

3. Valtteri çox sabit sürücüdür və nadir hallarda qəza edir. Onun keçən mövsüm orta finiş mövqeyi 8.53 olub və bu da maşının imkanlarından maksimum istifadə etdiyini göstərir.

4. Valtterinin Mercedes-in güc qurğuları ilə böyük iş təcrübəsi var. Bu da sükan üzərindəki çeviricilərvə düymələr vasitəsilə motorun potensialından optimal şəkildə istifadə etməyə tez uyğunlaşmasına kömək edəcək.

5. Bottas və Rosberq Mercedes AMG-yə keçməzdən əvvəl Williams-da dörd mövsüm keçiriblər. Onların hər ikisi oxşar xarakterlərə malikdirlər və Lyuisin emosional xarakterinə ziddirlər. Etibarlı və sürətlidirlər. Valtteri ilə Lyuisin arasındakı mübarizədə hər hansı bir münaqişə gözlənilmir və bu da komandada inamı artırır.

6. Bottas rəqabətədavamlıdır. Formula1-də keçirdiyi dörd mövsümün hamısında komanda yoldaşını qabaqlayıb. Lakin Lyuislə mübarizəsi o mübarizələrə bənzəməyəcək. 2014-cü ildən bəri Bottas doqquz, Massa isə beş dəfə podiuma yüksəlib.

7. Lyuis Həmiltonun uğurlarının fonunda, Mercedes AMG təcrübəli və qələbəyə ac bir sürücü istəyirdi, bunu da əldə edib. Valtteri nəyə qadir olduğunu hər kəsə göstərmək istəyəcək. Valtterinin müəyyən qədər təcrübəsi olsa da, hələ gəncdir və bu ittifaqın potensialı böyükdür…

8. Bottasla birillik müqavilə yaxşı fikirdir. Komanda önümüzdəki mövsümdə hər bir şeyi dəyərləndirəcək. Nəzərə almaq lazımdır ki, Bottas özünü yaxşı tərəfdən göstərə bilməsə, ilin sonunda komandaları ilə müqavilələri başa çatacaq Alonso və Fettel var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 564
Teqlər , , , ,
Paylaş

logo