17 Dekabr 2018, Bazar ertəsi - 23:25

K.Uilyams: “FİA artıq ikiqat düşünəcək”

K.Uilyams: “FİA artıq ikiqat düşünəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

19:26 - 11 Aprel, 2016

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams sıralanma turu qalmaqalından sonra bildirib ki, Formula1 rəhbərliyi gələcəkdə yeni qaydalar qəbul edəndə daha yaxşı düşünəcək…

F-1.az xatırladır ki, Avstraliya və Bəhreyn yarışlarında tətbiq edilən ələnmə metodlu sıralanma turu formatı sərt tənqidlərə məruz qaldıqdan sonra, komandalar səsvermə yolu ilə 2015-ci ildəki formata qayıtmaq istəmişdilər. Uzun müddət davam edən müzakirələrdən sonra Formula1 rəhbərliyi bu dəyişikliyə icazə verdi.

Sensasiyalı və siyasi mübarizədən sonra yeni format ləğv olundu. Kler Uilyams ümid edir ki, komandalar gələcəkdə bu cür problemlərə əngəl olacaqlar: “Bizə təklif edilən versiyaları dəyərləndirmək üçün xeyli vaxta ehtiyacımız olduğunu başa düşdük.

Biz bu cür ssenariləri hamının gözü qabağında oynaya bilmərik. Bu cür məsələlər qapalı qapılar arxasında müzakirə olunmalıdır”.

Williams komandası yeni sıralanma formatının qalmasını istəməyən 4 komandadan biri idi. Bunun əsas səbəbi isə bu barədə komandaların fikrinin soruşulmaması idi.

Kler Uilyams bildirib ki, komandaların tələbi ilə 2015-ci ildəki formata qayıdılması onları rahatladıb.

Kler Uilyams: “Keçənilki formata qayıtmaq bizi rahatlatdı. Azarkeşlər, mətbuat və əməkdaşlarımız bunu istəyirdi.

İndi biz 2017-ci ildə sıralanma turu sisteminin necə olacağnı müzakirə edə bilərik. Biz bunu etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 459
Teqlər ,
Paylaş

logo