C.Çedvik Williams-la əməkdaşlığa davam edəcək

Üçqat W Series çempionu komandanın sürücü akademiyasının bir parçası olaraq Williams ilə işləməyə davam edəcək.

F-1.az xəbər verir ki, xanım sürücü həm də Williams-a yarış həftəsonlarına hazırlaşmağa köməklik göstərəcək. Eyni zamanda, Andretti Autosport ilə INDY NXT yarış seriyasında debüt edəcək.

Ceymi Çedvik: “Williams-la işləməyə davam edə bilməyim heyrətamizdir. 2019-cu ildən komandanın dəstəyindən istifadə edirəm. Komandada qalmaq və Formula1 arzumu davam etdirmək mənim üçün çox vacibdir. Birlikdə nəyə nail ola biləcəyimizi səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*