Amma bu, trasda ötmənin mümkünsüz olması ilə bağlı deyil. Burada ötmələr etmək mümkündür, lakin maşınlara çox tələbkar olan tras sıralanma turunda onları sürətinə görə o qədər dəqiq sıralayır ki, yarış ərzində bu düzülüş demək olar ki, dəyişmir.
Pirelli mərhələyə ötən illə müqayisədə bir pillə daha yumşaq tərkiblər gətirib – Hard rolunda C2, Medium rolunda C3 və Soft rolunda C4 çıxış edib.
Birinci sessiya
Okon və Berman Medium təkərlərlə trasa çıxıblar, qalanları isə dərhal Soft-ları seçiblər. İsti hava şəraitində təkərlər yalnız bir sürətli dövrə üçün kifayət edib. Williams-ın hər iki pilotu çınqıl zonasına çıxıb, daha sonra Stroll da bu səhvi edib, lakin kanadalı bunun öhdəsindən gəlib.
Lyuis Həmilton 1:15.625-lik nəticə ilə ən sürətli dövrəni vurub. Mübarizəni Alonso, Stroll, Bottas, Peres, Elbon və Okon dayandırıb.
| İlk sessiyada mübarizəni dayandıranlar |
||||
| S | Sürücü | Komanda | Nəticə | Dövrə |
| 17 | Esteban Okon | Haas | 1:17.073 | 9 |
| 18 | Aleksander Elbon | Williams | 1:17.424 | 9 |
| 19 | Serxio Peres | Cadillac | 1:17.545 | 6 |
| 20 | Valtteri Bottas | Cadillac | 1:17.757 | 9 |
| 21 | Ləns Stroll | Aston Martin | 1:18.758 | 8 |
| 22 | Fernando Alonso | Aston Martin | 1:18.815 | 8 |
İkinci sessiya
Hamı Soft təkərlərlə mübarizəyə qoşulub. Rassell 1:15.228-lik nəticə ilə protokollara başçılıq edib və bu vaxt sessiyanın ən yaxşı göstəricisi olaraq qalıb. Hülkenberqin nəticəsi tras limitlərini aşdığı üçün silinib, daha sonra ona qara-ağ bayraq göstərilib.
Sessiyada başqa maraqlı hadisə baş verməyib. Arvid Lindblad, Qabriel Bortoleto, Franko Kolapinto, Pyer Qasli, Oliver Berman və Karlos Sayns final sessiyasına yüksələ bilməyiblər.
| İkinci sessiyada mübarizəni dayandıranlar |
||||
| S | Sürücü | Komanda | Nəticə | Dövrə |
| 11 | Arvid Lindblad | Racing Bulls | 1:15.840 | 5 |
| 12 | Qabriel Bortoleto | Audi | 1:16.001 | 6 |
| 13 | Franko Kolapinto | Alpine | 1:16.191 | 6 |
| 14 | Pyer Qasli | Alpine | 1:16.261 | 6 |
| 15 | Oliver Berman | Haas | 1:16.389 | 6 |
| 16 | Karlos Sayns | Williams | 1:17.827 | 6 |
Son sessiya
Mübarizə başladıqdan beş dəqiqə sonra Lekler trasdan çıxaraq baryerə çırpılıb – Onun maşını 4-cü döngədə oynamağa başlayıb, sürücü maşını saxlamağa çalışsa da, çınqıllığı da keçərək divara dəyib.
Qırmızı bayraqlar göstərilib. Beləliklə, monakolu sürücü ardıcıl ikinci sıralanma turunun final sessiyasını qəza ilə başa vurub. Maşın trasdan çıxarılıb, Şarl isə xəsarət almayıb.
Rassell əvvəlcə 1:15.145, daha sonra isə 1:14.679-lük nəticə göstərərək liderliyini qoruyub. Hər şey Mercedes pilotlarının ilk sıranı tam tutmasına doğru gedərkən, Həmilton bu ssenarini pozub və poulun sahibindən cəmi 0.064 saniyə geri qalıb.
Kimi Antonelli üçüncü yeri tutub və mövsümdəki ən pis sıralanma nəticəsini göstərib. İlk üçlüyü 0.3 saniyə ayırıb.
| İlk onluq |
||||
| S | Sürücü | Komanda | Nəticə | Dövrə |
| 1 | Corc Rassell | Mercedes | 1:14.679 | 7 |
| 2 | Lyuis Həmilton | Ferrari | 1:14.743 | 8 |
| 3 | Kimi Antonelli | Mercedes | 1:14.998 | 8 |
| 4 | Lando Norris | McLaren | 1:15.001 | 5 |
| 5 | Maks Ferstappen | Red Bull | 1:15.021 | 6 |
| 6 | Ayzek Həcər | Red Bull | 1:15.077 | 8 |
| 7 | Oskar Piastri | Mclaren | 1:15.090 | 6 |
| 8 | Lyam Louson | Racing Bulls | 1:16.542 | 5 |
| 9 | Niko Hülkenberq | Audi | 1:16.657 | 5 |
| 10 | Şarl Lekler | Ferrari | – | 2 |
Beləliklə, Corc Rassell mövsümdə 3-cü, karyerasında isə 10-cu poulunu qazanıb. Sabahkı yarışda onunla birlikdə Lyuis Həmilton ilk cərgədən start alacaq. İkinci cərgədə Kimi Antonelli və Lando Norris, üçüncü cərgədə isə Red Bull sürücüləri qərarlaşacaqlar.





