J.Vilnöv: Həmilton taxtdan düşür

Sabiq Formula1 sürücüsü Jak Vilnöv düşünür ki, Corc Rassell artıq Mercedes-də yeni liderdir.

F-1.az xatırladır ki, Corc Rassell Mayami yarışında da yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu qabaqlayıb. Beləliklə, Rassell təcrübəli rəqibini bu il 4-cü dəfə yarışda geridə qoyub.

Jak Vilnöv: “Mercedes-də liderlik əl dəyişdirir. Artıq komanda Rassellə yönlənir. Lyuis Həmilton isə boğulmamağa çalışır. O, uzun illər mübarizə aparmadan qələbələr qazandı və indi çətin anda problem yaşayır.

Rassell yarışda pitə girməyib, təhlükəsizlik maşını gözlədi və bu da işə yaradı. Bəxt də Lyuis Həmiltonu tərk edib. Tempi yoxdur və işlər qaydasında getmir.

Çətin mübarizə olacaq, amma Lyuis çempiondur. Nə etmək lazım olduğunu bilir və bunun üçün enerjisi var. Lakin keçən il çempionluğu itirdiyi üçün üzərində böyük yük var. Düşünür ki, çempionluğunu oğurlayıblar. Amma Maksın sürməyindən görünür ki, o, bu titula layiqdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*