Portuqaliya-2020: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları Portimaodakı yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeykerlər ənənəyə sadiq qalaraq, yenə də Lyuis Həmiltonu yarışın əsas favoriti hesab edirlər. Onun şansları komanda yoldaşından 3 dəfə çox qiymətləndirilir. İdarənin əməkdaşları Mercedes sürücülərinə rəqib kimi yalnız Maks Ferstappeni görürlər.

Digər 17 sürücüdən yalnız Serxio Peres və Daniel Rikkardonun əmsalı bir qədər fərqləndirilib. Qeyd edək ki, artıq bir neçə həftədir ki, həm sürücülər çempionatının, həm də Mühəndislər kubokunun qalibi üçün pul qoyuluşu qəbul edilmir…

Portuqaliya Qran Prisində qələbə
Lyuis Həmilton 1.40
Valtteri Bottas 4.50
Maks Ferstappen 5.50
Serxio Peres 51.00
Daniel Rikkardo 67.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*