Rosberq və Həmilton rəqiblərindən kömək istəmirlər

Lyuis Həmilton və Niko Rosberq bildiriblər ki, onlar öz aralarında çempionluq mübarizəsi versəlır də, rəqiblərdən kömək istəmirlər

F-1.az xatırladır ki, mövsümün son iki yarışında çempionluq uğrunda mübarizə aparacaqlar və hər iki sürücü də heç kəsdən kömək istəmədiklərini, əksinə, sərt mübarizə istədiklərini deyib.

Xatırladaq ki, Mercedes Motorsport-un rəhbəri Maks Ferstappenin atası Yos Ferstappenə zəng eləmişdi və bu, birmənalı qarşılanmamışdı.

Lyuis Həmilton
: “Mən istəyirəm ki, mübarizə apardığım hər sürücü ortaya 100 faizlik gücünü qoysun”.

Niko Rosberq: “Kimsə çempionluq uğrunda mübarizə aparır deyə ona fərqli davrana bilməzsiniz. O da bir rəqibdir və onunla da rəqib kimi davranmaq lazımdır. Mən həmişə belə etmişəm və hamının belə davranacağına əminəm”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*