M.Ferstappen təəccüblənib

Avstriya yarışını qazanan Maks Ferstappen performansına görə təəccüblənib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Red Bull Rinqdəki ikinci yarışı da rahatlıqla qazanıb və əsas rəqibi Həmiltonla fərqi 32-yə çatdırıb. Karyerasının ilk böyük dəbilqəsini qazanan Ferstappen yarışdan sonra hisslərini belə ifadə edib: “Düzünü desəm, inanılmaz yarış idi. Bolid ço yaxşı idi. İşlətdiyimiz bütün təkər dəstləri həzz verirdi. Bugünkü performansıma təəccübləndim.

Belə gözləmirdim. Bu performansı göstərmək üçün hamı əla işlədi. Favorit olsanız belə, bu cür uöur qazanmaq asan iş deyil. Komanda və Honda var qüvvəsi ilə işlədi. Həftəsonu inanılmaz idi.

Azarkeşləri burada görmək əla idi. Əvvəl onu deyim ki, narıncı rəng inanılmazdır. Bu, mənə motivasiya verdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*