Avstriya-2020: Birinci sərbəst yürüşlər

Qış testlərindən sonra hər kəs qüvvələr nisbətinin Melburnda məlum olacağını düşünürdü, lakin bu, pandemiyanın ucbatından yalnız indi - iyulun əvvəlində Şpilberqdə mümkün olur.

F-1.az bildirir ki, xeyli uzun olan bu fasilə ərəfəsində komandalar yenilikləri təxmini hesablamalara əsasən edə biliblər, tras üzərində işləməyə imkan olmayıb. İlk sərbəst yürüşlər üçün seçilən proqram zəngin olsa da, hava şəraiti bir qədər mane olub.

Gecə yağan yağışdan sonra quruyan trasa ilk çıxan Peres olub. Lakin bir qədər sonra yağış damcılayıb və sürücülər keçid təkərləri seçməli olublar. Lakin bu da çox davam etməyib və hamı sliklərə qayıdıb.

Mercedes komandası Red Bull-un etirazlarına baxmayaraq, DAS sistemindən istifadə edib.

Red Bull pit-leyndə Ferstappenə hərəkət icazəsi verərkən diqqətsizlik edib və holland sürücü Maqnussenlə ciddi insident yaşamaqdan son anda qurtulub. Sayns komandasına döngədə ona yer vermədiyi üçün Strolldan şikayət edib. Peresin maşını bir qədər tüstülənib, meksikalı sürücü boksda baxış keçirildikdən sonra yenidən trasa qayıdıb.

Qrojan maşınında sessiyanın əvvəlində maye sızıntısı olduğu üçün boksa qayıtmalı olub. Haas-ın sürücüsü bütün sessiyanı itirib və yalnız son dəqiqələrdə yenidən sükan arxasına keçə bilib.

Keçən il 9 və 10-cu döngələrdəki sarı porebriklər ön qanadların zədələnməsinə səbəb olmuşdu. Bu il onlar aradan qaldırılıb, əvəzində isə sensorlar quraşdırılıb ki, onların köməyi ilə həmin yerlərdə trasdan tam çıxan sürücülərin dövrəvi nəticələri ləğv edilir.

Rəykkönen və Peres təhlükəsizlik zonasına düşsələr də, maşınları zədələnməyib və yollarına davam edə biliblər. Okonun maşınının yan deflektorundan bir parça qopub və buna görə Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. 74-cü dəqiqədə Ferstappen birinci döngədə yerində fırlanaraq sarı bayraqlara səbəb olub, lakin proqramını davam etdirə bilib.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:04.816. İkinci sərbəst yürüşlər Bakı vaxtı ilə 17:00-da start götürəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:04.816 41
2 77 Valtteri Bottas Mercedes AMG 1:05.172 + 0:00.356 37
3 33 Maks Ferstappen Red Bull 1:05.418 + 0:00.602 37
4 55 Karlos Sayns McLaren 1:05.431 + 0:00.615 41
5 11 Serxio Peres Racing Point 1:05.512 + 0:00.696 33
6 4 Lando Norris McLaren 1:05.621 + 0:00.805 41
7 23 Aleksander Elbon Red Bull 1:05.701 + 0:00.885 29
8 3 Daniel Rikkardo Renault 1:05.860 + 0:01.044 29
9 20 Kevin Maqnussen Haas 1:05.907 + 0:01.091 27
10 16 Şarl Lekler Ferrari 1:05.924 + 0:01.108 31
11 18 Ləns Stroll Racing Point 1:06.074 + 0:01.258 34
12 5 Sebastyan Fettel Ferrari 1:06.077 + 0:01.261 32
13 31 Esteban Okon Renault 1:06.270 + 0:01.454 22
14 99 Antonio Covinatsi Alfa Romeo 1:06.360 + 0:01.544 24
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:06.365 + 0:01.549 28
16 10 Pyer Qasli AlphaTauri 1:06.404 + 0:01.588 25
17 63 Corc Rassell Williams 1:06.495 + 0:01.679 27
18 6 Nikolas Latifi Williams 1:06.906 + 0:02.090 31
19 26 Daniil Kvyat AlphaTauri 1:06.943 + 0:02.127 19
20 8 Roman Qrojan Haas 1:46.361 + 0:41.545 6
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*