Həmilton: Ümid edirəm ki, bu il əla olacaq

Qış fasiləsi zamanı Formula1 komandaları yeni maşınlar üzərində işlərini başa çatdırırlar və bir tərəfdən bu müddət ərzində gələcək uğurun təməli qoyulur, digər tərəfdən isə nəsə səhv gedə bilər - keçən il Mercedes-də gördüyümüz kimi, yalnız mövsümün sonuna yaxın liderlərə çata bildilər.

F-1.az xəbər verir ki, qış fasiləsinə xarakterik daha bir məqam isə yeni maşının təqdimatına qədər davam edən məlumatsızlıqdır.

Lakin pərəstişkarları ilə əlaqəni tam kəsməmək üçün Mercedes qısa bir video paylaşıb. Videoda Lyuis Həmilton onlara dəstəyə görə təşəkkür edib və 2023-cü il mövsümü öncəsi əhvalından danışıb.

Lyuis Həmilton: “Əgər siz olmasaydınız, mən burada olmazdım, ona görə də enerjinizə, fədakarlığınıza, qətiyyətinizə və mətanətinizə görə hər kəsə çox minnətdaram. Mən bunların hamısını hiss edirəm və hamısı məni ruhlandırır: 2023-cü il mövsümü bizim istədiyimiz kimi ola bilər.

Buna görə də gəlin müsbətə köklənək və ümid edək ki, bu il əla olacaq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*