L.Həmilton yeni trasdan razıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Əbu Dabidəki dəyişikliklərdən razıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərində rahatlıqla birinci yeri tutub.

Qeyd edək ki, trasda bəzi dəyişikliklər olub. Əsas düzlükdən əvvəlki U şəkilli döngədə yeniliklər olub və sürətləndirilib. Doqquzuncu döngə də yenilənib və daha sürətli olub. Otel hissəsindəki döngələrdə də bəzi sazlanmalar edilib.

Lyuis Həmilton: “Nisbətən yaxşı gün idi. Trası və dəyişiklikləri sevdim. Tras artıq daha axıcı və əyləncəlidir. Bütün komandalar bir-birlərinə yaxındırlar. Sessiyalar bitdi. Temp cəhətdən hələ müəmmalar olsa da, hamımız bir-birimizə yaxın olacağıq.

Bolid yaxşıdır. Birinci sessiyaya yaxşı başladıq, amma sonra zəiflədik. Daha sonra dəyişikliklər edərək, ikinci sessiyaya yaxşı başladıq. İndi məlumatları təhlil edib, harada təkmilləşəcəyimizi tapmalıyıq. Bundan başqa hər şey yaxşıdır.

Yarış tempində bolidləri izləməyə çalışdım. Deyəsən Peresin arxasında idim. Onu izləməyə çalışırdım, amma çətin idi. Ancaq rəqibi izləmək əvvəlki illərdən asan olacaq. Bir-birinə bənzəyən maşınlarda isə fərqli ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*