Petronas iddiaları təkzib edib

Mercedes komandasının titul sponsoru olan Petronas şirkəti bildirib ki, idmandan getməyəcəklər və uzun illər burada olacaqlar.

F-1.az xatırladır ki, malaziyalı neft şirkəti 2010-cu ildən bəri Mercedes-in sponsoru və texniki tərəfdaşıdır. Şirkətin loqotipləri bolidin üzərində yerləşdirilib və onların istehsal etdiyi yağ və yanacaqlar, almanların ardıcıl 7 dəfə Dünya Çempionu olmasına kömək edib.

İki şirkət arasındakı müqavilənin müddəti 2025-ci ildə başa çatacaq. Lakin dünən çıxan iddialara görə “gümüşü oxlar” Petronas-la yollarını ayıracaq və Aramco ilə tərəfdaşlığa başlayacaqdı. Lakin Petronas bu gün bu xəbəri təkzib edib: “Petronas və Mercedes 2010-cu ildən bəri iki tərəf üçün də faydalı tərəfdaşlıq edirlər. Keçən il müqaviləni uzatdıq və onlarla işləməkdən qürur duyuruq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*