14 Dekabr 2018, Cümə - 00:44

L.Həmilton: “Heç nə bitməyib”

L.Həmilton: “Heç nə bitməyib”

Müəllif: Rauf Hacıyev, redaktor

14:49 - 16 Aprel, 2016

Lyuis Həmilton sıralanma turunun birinci seansında ERS problemi yaşayıb və bir dövrə belə vurmadan mübarizəni dayandırıb…

F-1.az xatırladır ki, Lyuis Həmilton yarışa souncu yerdən başlayacaq. Britaniyalı sürücü bildirib ki, onun yarışdan elə də böyük gözləntisi yoxdur: “Bəxtimiz gətirmədi. Yaşanan hadisələr bizim səbrimizi sınayır, amma mən əminəm ki, bu hadislərdən nəsə öyrənəcəm.

Komanda üzvləri də mənim kimi məyusdurlar. Biz bir komandayıq və bir yerdə qazanıb, bir yerdə məğlub oluruq.

Bu problemi həll etməliyik və əmin olmalıyıq ki, bu problemlə bir də qarşılaşmayacayıq”.

Xatırladaq ki, Həmilton 2014-cü ildə Macarıstan yarışına sonuncu yerdən başlamışdı və 3-cü yeri tutmuşdu, amma britaniyalı sürücü bildirib ki, Çində bu uğuru təkrarlamaq çətin olacaq. Bunun səbəbi isə təkərlərin çox yeyilməsidir: “Macarıstanda olduğu kimi asan olmayacaq, çünki burada təkərləri nəzarətdə saxlamaq çətindir.

Bolidimiz sürətlidir və ümid edirəm ki, problemi tamamilə həll edib, yarışa çıxa bilərik.

Var gücümlə mübarizə aparacam. Damalı bayraq çıxmamış heç bir yarış bitmir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 216
Teqlər ,
Paylaş

logo