L.Həmilton: “Bilirdim ki, çətin olacaq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ən yaxşı performansını göstərərək, çempion olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk hissəsindən sonra Fetteldən 14 xal geridə qalsa da, ikinci hissədə 5 qələbə qazanaraq karyerasının 4-cü çempionluğunu əldə etmişdi.

Lyuis Həmilton: “Əvvəldən bilirdim ki, çətin olacaq. Ən yaxşı performansımı göstərməli idim. Dördqat Dünya Çempionunu və Ferrari-ni məğlub etmək üçün bütün gücünüzlə mübarizə aparmalısınız. Güzgülərimdə sadəcə onu görürdüm və onu məğlub etmək üçün var gücümlə mübarizə aparmalı idim. Bunu etməsəm, o, çempion olardı. Dörd dəfə çempion olub və stabildir. Buna görə də hər həftə təkmilləşdim.

Bu mövsüm özümə çox güvənirdim. Bu il bir çox səbəbə görə daha yaxşı sürdüm. Artıq yetişkənəm. Gördüyüm işə güvənirəm və komandamı tanıyıram. Komandada pozitiv abu-hava var. Başqa komanda ilə mübarizə apardığımız üçün hamı birləşmişdi və bu, bizə kömək etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*