E.Cordan: İdmanın Həmiltona ehtiyacı var

Formula1 şərhçisi Eddi Cordan düşünür ki, başqa sürücü Mercedes-lə Həmilton kimi uğurlu ola bilməz.

F-1.az xatırladır ki, artıq mövsümün başlamasına 1 ay qalsa da, Mercedes hələ də Həmilton ilə yeni müqavilə imzalamayıb. Bəzi iddialara görə komanda onun əvəzinə gənc Rasseli gətirmək istəyir.

Eddi Cordan: “İstənilən televiziya Həmiltondan müsahibə almaq istəyir. Mercedes yəqin düşünür ki, Həmiltonun uğurunun güclü maşın olduğunu düşünür. Nəticədə komanda ona çox güclü bolid verir. Bunu inkar edə bilmərik. Ancaq Lyuisi başqa sürücü ilə dəyişdirib uğur qazanacaqlarını düşünürlərsə, yanılırlar.

Qəti olan bir nüans var: Toto Volffun ağlını qarışdırmaq çətindir. Çünki çox ağıllı adamdır. Lyuis Həmiltonun dəyərini bilir və hamıya uyğun həll yolu tapacaq. Formula1-in belə sürücüyə ehtiyacı var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*