24 Sentyabr 2019, Çərşənbə axşamı - 13:22

L.Həmilton: “Bolidimiz keçənilkindən sürətlidir”

L.Həmilton: “Bolidimiz keçənilkindən sürətlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

18:15 - 10 Mart, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton boliddən razı olsa da, harada olduqları barədə proqnoz verə bilməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü qış testlərinin son günündə 97 dövrə vurub. Gün ərzində yarış tempində işləyən sonuncu çempion 1:19.464 zaman nəticəsi ilə 11-ci olub.

Lyuis Həmilton: “Yaxşı test oldu. Planlaşdırdığımız hər şeyi etdik. Etibarlılıq yaxşı idi. Komandadakı işçilər əllərindən gələni edirlər. Komandanın performansı qürurvericidir. Əlimizdəki məlumatlardan çox razıyıq. Həm bolid, həm də tras keçən ilə nisbətən sürətli idi. Yarış tempinin sonunda 1:19-la gedirdim və bunu keçən il ancaq sıralanma turunda edə bilərdim. Red Bull və Ferrari ilə müqayisədə harada olduğumuzu bilmirəm. İlk yarışa qədər müəmmalı qalacaq. Testlərdə ilk yarışa hazırlaşmaq üçün bütün məlumatları topladıq. Hər şey qaydasında idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 297
Teqlər ,
Paylaş

logo