K.Sayns-ata: “Mercedes ilə danışıqlar aparmışıq”

Toro Rosso-nun sürücüsü Karlos Saynsın atası Karlos Sayns bildirib ki, oğlunun Mercedes-ə keçməsi üçün almanlarla danışıqlar aparıb.

F-1.az xatırladır ki, Mercedes-in rəhbərliyi Rosberqin karyerasını bitirməsindən sonra bir çox sürücü ilə danışıqlar aparmış, amma Valtteri Bottası transfer etmişdi.

Bu sürücülər arasında Karlos Saynsın da var idi, amma ispaniyalının Toro Rosso komandası ilə müqaviləsi olduğu üçün transfer baş tutmamışdı.

Karlos Sayns-ata: “Mercedes-lə danışıqlar apardıq, amma hər hansı bir təklif vermədilər. Mercedes-ə keçid ehtimalı olmadı.

Karlos çempion ola biləcək gücdədir. Amma çempionluq qazanmaq üçün doğru zamanda doğru yerdə olmaq lazımdır. Formula1-də Dünya Çempionu olmaq çox çətindir. Amma inanıram ki, oğlum bunu bacaracaq. Çox istedadlıdır. Amma bu doğru zamanda doğru yerdə olmaqdan və mexaniki şeylərdən asılıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*